...

Azərbaycanda rezidenturaya qəbul imtahanları fənlərinin tərkibində dəyişikliklər ediləcək

Cəmiyyət Materials 22 İyun 2012 14:54 (UTC +04:00)
Azərbaycanda 2013-2014-cü tədris ilindən baza ali tibb təhsili səviyyəsində tibbi-biologiya və tibbi-profilaktika istiqamətləri üzrə rezidenturaya qəbul imtahanları fənlərinin tərkibində dəyişiklər ediləcək.
Azərbaycanda rezidenturaya qəbul imtahanları fənlərinin tərkibində dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2013-2014-cü tədris ilindən baza ali tibb təhsili səviyyəsində tibbi-biologiya və tibbi-profilaktika istiqamətləri üzrə rezidenturaya qəbul imtahanları fənlərinin tərkibində dəyişiklər ediləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) cümə günü Trend-ə verilən məlumata görə, hər iki istiqamətin baza fənləri sırasına "İnsan fiziologiyası" və "Patoloji fiziologiya" fənləri, tibbi-biologiya istiqamətinin ixtisas fənləri sırasına "Genetika" fənni, tibbi-profilaktika istiqamətinin ixtisas fənləri sırasına isə "Yoluxucu xəstəliklər" fənni əlavə ediləcək.

Rezidenturaya daxil olmaq üçün tibbi-biologiya istiqaməti üzrə baza fənləri "Biokimya", "Mikrobiologiya", "İnsan fiziologiyası" və "Patoloji fiziologiya", ixtisas fənləri "Klinik biokimya" və "Genetika", tibbi-profilaktika istiqaməti üzrə baza fənləri "Biokimya", "Mikrobiologiya", "İnsan fiziologiyası", "Patololoji fiziologiya", ixtisas fənləri isə "Gigiyena", "Epidemiologiya" və "Yoluxucu xəstəliklər" olacaq.

Xəbər lenti

Xəbər lenti