...

Azərbaycanda QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsi elan edilib

Cəmiyyət Materials 22 İyun 2012 18:39 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Azərbaycanda QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuradan cümə günü Trend-ə verilən məlumata görə, Azay Quliyevin sədrliyi ilə keçən iclasda Şuranın rüblük hesabatı, QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsinin elan edilməsi və cari məsələlər müzakirə edilib.

Rüblük hesabatı Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təqdim edib. Hesabatda QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, Şuranın 2012-ci ilin ikinci rübü ərzində həyata keçirdiyi tədbirlər öz əksini tapıb. Şura üzvlərinin qeyd və təklifləri nəzərə alınmaqla hesabat qəbul edilib.

QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsi elan edilməsi ilə bağlı Şura Katibliyinin icraçı direktoru Qurbanovun məlumatı dinlənilib və müsabiqənin müvafiq qaydada elan edilməsi haqqında qərar qəbul olundu.

İclasda müzakirə edilən cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müsabiqəyə aid elan və sənədlər toplusu ilə Şuranın www.qhtxeber.azwww.cssn.gov.az saytlarında iyunun 25-dən etibarən tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti