...

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Cəmiyyət Materials 23 İyun 2012 09:22 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin cümə günü imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb.
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin cümə günü imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb.

Trend-in məlumatına görə, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 66 nəfərə şamil edilib. Onlardan 58-i azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər kimi cəzanın çəkilməmiş hissəsindən azad edilib, 2-si islah işləri cəzasına məhkum edilmiş şəxslər kimi cəzanın çəkilməmiş hissəsindən azad olunub, cərimə cəzasına məhkum edilmiş 6 şəxs isə cəzadan azad edilib.

Trend-in məlumatına görə, əfv olunanlar arasında Bakıda 2011-ci il aprelin 2-də keçirilən razılaşdırılmamış etiraz aksiyasında saxlanılan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Tural Abbaslı, Zülfüqar Eyvazov, Rüfət Hacıbəyli, Babək Həsənov, Sahib Kərimov, Əhəd Məmmədli, Ülvü Quliyev və Məhəmməd Məcidli də var.

Xəbər lenti

Xəbər lenti