...

Əli Hüseynli: Azərbaycan məhkəmələrinin Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququnu tətbiq etməsi təqdirəlayiq haldır

Cəmiyyət Materials 23 İyun 2012 11:44 (UTC +04:00)
Azərbaycan məhkəmələrinin Avropa Konvensiyasını və Avropa Məhkəməsinin presedent hüququnu tətbiq etməsi təqdirəlayiq haldır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli deyib.
Əli Hüseynli: Azərbaycan məhkəmələrinin Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququnu tətbiq etməsi təqdirəlayiq haldır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan məhkəmələrinin Avropa Konvensiyasını və Avropa Məhkəməsinin presedent hüququnu tətbiq etməsi təqdirəlayiq haldır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli deyib.

"Bunu tətbiq etməklə milli qanunvericilikdə mövcud olan bəzi boşluqları, ziddiyyətləri də aradan qaldırmış olurlar. Hakim tərəfindən Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququ düzgün tətbiq olunubsa, eyni zamanda digər beynəlxalq mexanizmlərə müraciət etməyə ehtiyac qalmır. Problem milli məhkəmə səviyyəsində həllini tapmış olur", - Hüseynli deyib.

Onun sözlərinə görə, belə olanda, Avropa İnsan Haqqları Məhkəməsinə gedən şikayətlərin də sayı azalmış olar, çünki problem milli məhkəmə səviyyəsndə həll edilmiş olur.

"Regionları təmsil edən məhkəmələrin hakimləri də bu təcrübədən bəhrələnməli, Avropa konvensiyasını tətbiq etməlidir", - Hüseynli deyib.

Xəbər lenti

Xəbər lenti