...

Səhiyyə Nazirliyinin xaricdə internatura sistemi ilə təhsil alan azərbaycanlı gənclərə tövsiyəsi

Cəmiyyət Materials 25 İyun 2012 10:40 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi (SN) tibbi təhsil almış azərbaycanlı gənclərə internaturada oxumaq üçün başqa ölkələrə getməməyi tövsiyə edir.
Səhiyyə Nazirliyinin xaricdə internatura sistemi ilə təhsil alan azərbaycanlı gənclərə tövsiyəsi

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi (SN) tibbi təhsil almış azərbaycanlı gənclərə internaturada oxumaq üçün başqa ölkələrə getməməyi tövsiyə edir.

Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev Trend-ə deyib ki, 2010-cu ildən ölkəmizin tibbi təhsil sistemində həkim mütəxəssislərin hazırlığı rezidentura vasitəsilə həyata keçirilir.

"Bununla əlaqədar tövsiyə edərdik ki, Azərbaycanda tibbi təhsil alan həkimlər internaturaya və ya kliniki ordenaturaya qəbul olmaq üçün başqa ölkələrə getməsinlər. Çünki 2011-ci ildən Azərbaycanda rezidentura sisteminin tətbiqinə başlanılıb", - nazir müavini əlavə edib.

O deyib ki ki, Azərbaycanda tibb təhsilini bitirib 2011-ci ilə qədər xarici ölkələrdə internatura və ya kliniki ordenatura sistemi ilə təhsil almış şəxslərin sənədləri SN-in İşə Buraxılma Komissiyası tərəfindən qəbul olunur və ona müsbət rəy verilir.

"Bu günün tələbi belədir ki, 2011-ci ilədək belə diplomlar komissiya tərəfindən qəbul olunacaq. Ondan sonra təhsil alanların təhsil aldıqları sistemlər isə bizim təhsil sistemimizə uyğun gəlməlidir", - Ağayev deyib.

Nazir müavini bildirib ki, "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydası"na görə, xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması SN tərəfindən həyata keçirilir. Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycanda işləmək istəyənlər bunun üçün tələb olunan bir sıra sənədləri SN-ə təqdim etməlidirlər. Bununla əlaqədar SN tərəfindən müvafiq komissiya yaradılır. Komissiya bir ay müddətində təqdim olunan sənədlərə əsasən, həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomunun etibarlılığını araşdırır və sonda qərar qəbul edir.

Ağayev deyib ki, həmin qərara əsasən, müraciət etmiş şəxsə SN tərəfindən Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir.

Xəbər lenti

Xəbər lenti