...

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən oğlanlara şad xəbər

Cəmiyyət Materials 25 İyun 2012 14:57 (UTC +04:00)
2012/2013-ci tədris ili üçün Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən ali məktəblərin builki oğlan məzunlarına hərbi xidmətdən bir çağırış möhlət hüququ veriləcək.
Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən oğlanlara şad xəbər

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

2012/2013-ci tədris ili üçün Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən ali məktəblərin builki oğlan məzunlarına hərbi xidmətdən bir çağırış möhlət hüququ veriləcək. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən deyilib ki, möhlət hüququnun verilməsi ilə oğlan məzunlara rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak üçün şərait yaradılıb. İmtahandan sonra isə bu məsələ qaydalara müvafiq həll ediləcək.

Rezidenturaya daxil olmayanlar hərbi xidmətə gedəcəklər. Rezidenturaya daxil olanların hərbi xidmət məsələsi isə qanunamüvafiq formada həll ediləcək.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən, rezidenturada təhsil alan oğlanlara təhsillərini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir.

Bu qanuna uyğun olaraq, Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

Xəbər lenti

Xəbər lenti