...

Azərbaycanda mənzillə təmin ediləcək hərbi qulluqçuların sayı açıqlanıb

Cəmiyyət Materials 25 İyun 2012 15:31 (UTC +04:00)
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Azərbaycanda mənzillə təmin ediləcək hərbi qulluqçuların sayı açıqlanıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bazaar ertəsi Trend-ə verilən məlumata görə, iclasda Müdafiə Nazirliyi tərəfindən komissiyaya təqdim olunmuş Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısı geniş müzakirə olunub.

Komissiya əvvəlcədən müəyyənləşdirilmiş meyarlara uyğun olan və Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 74 nəfər hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla, respublikanın müxtəlif regionlarında, o cümlədən Abşeron, Sumqayt, Gəncə, Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran və digər bölgələrdə dövlət vəsaiti ilə alınmış mənzillərlə təmin edilməsini məqsədəuyğun hesab edib.

Siyahı hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunma və s. kimi meyarlardan istifadə etməklə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti