...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 26 İyun 2012 14:41 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M.Əliyev/

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

İyunun 27-də Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 19-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti