...

Azərbaycanda ali məktəblərin magistraturanın ikinci mərhələsinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 İyun 2012 00:33 (UTC +04:00)
Tələbə qəbulu üzrə dövlət komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına keçirilən test imtahanının, tam orta təhsil bazasında (11 illik) və ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda ali məktəblərin magistraturanın ikinci mərhələsinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Tələbə qəbulu üzrə dövlət komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına keçirilən test imtahanının, tam orta təhsil bazasında (11 illik) və ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə Trend-ə TQDK mətbuat xidmətindən məlumat verilib.

Bakalavr və şagirdlər imtahanların nəticələri ilə komissiyanın rəsmi saytında (www.tqdk.gov.az) tanış ola bilərlər.

24 iyun tarixində ali məktəblərin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.

Qeyd edək ki, imtahanın ikinci mərhələsində iştirak etmiş bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər. 8529 bakalavr qəbul proqramını seçərək təsdiqlədib. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur.

Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Xəbər lenti

Xəbər lenti