...

Azərbaycanda sonuncu buraxılış imtahanında "2" alan şagirdlərin statistikası açıqlanıb

Cəmiyyət Materials 27 İyun 2012 10:34 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 24-də Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda təhsil alan IX və XI sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 3150 şagird ana dilindən, 1789 şagird riyaziyyat fənnindən "iki" alıb.
Azərbaycanda sonuncu buraxılış imtahanında "2" alan şagirdlərin statistikası açıqlanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 24-də Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda təhsil alan IX və XI sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 3150 şagird ana dilindən, 1789 şagird riyaziyyat fənnindən "iki" alıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak etmiş 10288 şagirdin 857-si Ana dili, 545-i riyaziyyat fənnindən "iki" qiyməti alıb. Ana dili fənnindən XI sinif şagirdlərinin 5810-u "üç", 2366-sı "dörd", 1255-i "beş", riyaziyyat fənnindən şagirdlərin 5670-i "üç", 2532-si "dörd", 1541-i "beş" qiyməti alıb.

IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak etmiş 14493 şagirdin 1244-ü riyaziyyat, 2293-ü ana dili fənnindən "iki" qiyməti alıb.

Ana dili fənnindən IX sinif şagirdlərinin 9855-i "üç", 1530-u "dörd", 815-i "beş", riyaziyyat fənnindən şagirdlərin 9394-ü "üç", 3008-i "dörd", 847-si "beş" qiyməti alıb.

Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili

(Azərbaycan bölməsi)

Rus dili

(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30

IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili

(Azərbaycan bölməsi)

Ana dili

(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

Xəbər lenti

Xəbər lenti