...

TQDK iqtisadiyyat sahələri üzrə magistraturaya qəbul olmaq istəyənlər üçün minimal balı endirib

Cəmiyyət Materials 27 İyun 2012 15:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə 6021 plan yerinə qəbul olmaq üçün keçirilən imtahanın II mərhələsində iştirak edən 8370 bakalavrın 6763-ü ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb.
TQDK iqtisadiyyat sahələri üzrə magistraturaya qəbul olmaq istəyənlər üçün minimal balı endirib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə 6021 plan yerinə qəbul olmaq üçün keçirilən imtahanın II mərhələsində iştirak edən 8370 bakalavrın 6763-ü ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların ixtisaslaşma seçimi imkanları genişləndirildiyinə görə 19 (ekologiya, kimya və biologiya), 27 (pedaqogika), 35 (torpaqşünaslıq, aqrokimya) və 54 (bədən tərbiyəsi) saylı qəbul proqramları üzrə müsabiqə vəziyyəti əvvəlki illərlə müqayisədə yaxşılaşıb.

26 saylı (istiqsadiyyat) qəbul proqramı üzrə imtahan vermiş bakalavrların ixtisas üzrə göstərdiyi nəticələr zəif olduğuna görə ixtisaslaşmaların ödənişli yerlərinin müsabiqəsinə buraxılmaq üçün ixtisas üzrə minimal balı 15-ə endirmək qərara alınıb.

Xəbər lenti

Xəbər lenti