...

Turizm İnstitutunun 250-dən çox məzunu olacaq

Cəmiyyət Materials 27 İyun 2012 16:04 (UTC +04:00)
Bu il Azərbaycan Turizm İnstitutunun 8 ixtisas üzrə 250-dən çox məzunu olacaq. İnstitutun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən xəbərə görə, bu il ATİ-nin üçüncü məzun buraxılışı olacaq.
Turizm İnstitutunun 250-dən çox məzunu olacaq

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu il Azərbaycan Turizm İnstitutunun 8 ixtisas üzrə 250-dən çox məzunu olacaq. İnstitutun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən xəbərə görə, bu il ATİ-nin üçüncü məzun buraxılışı olacaq.

Artıq bu il ATİ-də yekun dövlət attestasiya imtahanı və buraxılış işlərinin müdafiəsinə başlanılıb.

İyun ayının 25-də başlanan yekun dövlət attestasiya imtahanı və buraxılış işlərinin müdafiəsində hələlik institutu linqvistika və menecment ixtisası üzrə bitirən 48 tələbə-məzun iştirak edib. ATİ-ni linqvistika ixtisası üzrə bitirən tələbələrdən 4 nəfər diplom işini uğurla müdafiə edib. Ümumilikdə, 32 nəfər tələbə yekun dövlət attestasiya imtahanı və buraxılış işlərində müvəffəqiyyət qazanıb.

ATİ-də bu ildən ilk dəfə olaraq 3 ixtisas üzrə magistr dissertasiyasının müdafiəsinə də başlanıb. Yekun dövlət attestasiya imtahanı və buraxılış işlərinin müdafiəsi iyunun 30-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti