...

Azərbaycanda əmək müfəttişlərinin peşəkarlıq səviyyəsi artırılır (FOTO)

Cəmiyyət Materials 28 İyun 2012 15:42 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının "Sosial müdafiənin inkişafı" layihəsinin "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" tapşırığı çərçivəsində "Təhlükəsiz və sağlam əmək şəraitinin idarəetmə sistemləri" (TSƏŞ) mövzusunda 6 günlük təlim kursu keçirilib.
Azərbaycanda əmək müfəttişlərinin peşəkarlıq səviyyəsi artırılır (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının "Sosial müdafiənin inkişafı" layihəsinin "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" tapşırığı çərçivəsində "Təhlükəsiz və sağlam əmək şəraitinin idarəetmə sistemləri" (TSƏŞ) mövzusunda 6 günlük təlim kursu keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşmaı Trend-ə verilən məlumata görə, layihə üzrə işçi qrupunun rəhbəri Pol Huijzendveld və Polşa Respublikasından olan beynəlxalq ekspert Zofia Pavlovska tərəfindən aparılan təlimdə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından 30 nəfər əməkdaş iştirak edib.

Təlim zamanı TŞƏS idarəetmə sistemlərinin inkişaf mərhələləri nəzərdən keçirilib, QOST 12.0.320 standartının məqsədləri, ümumi strukturu və səbəbləri, müəssisələrdə TSƏŞ idarəetmə sisteminin sənədləşdirilməsi, həmçinin daxili və xarici audit yoxlamalarının həyata keçirilməsi, iş yerlərində risklərin qiymətləndirilməsi, həmin sistemlərin əmək müfəttişləri tərəfindən qiymətləndirilməsi barədə məlumat verilib.

Təlim iştirakçıları həmçinin DƏMX-nin fəaliyyət prinsipləri, yoxlamaların planlaşdırılması və həyata keçirilməsi prosesi, dövlət nəzarətinin həyata keçirilməsi strategiyası barədə məlumatlandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, "Sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində 2010-cu ilin iyul ayından etibarən həyata keçirilən "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" tapşırığı DƏMX-nin beynəlxalq tələblərə cavab verən strategiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət planına dəstək verilməsi məqsədini daşıyır. Ötən müddət ərzində həyata keçirilən fəaliyyətlər peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması və iş yerlərində qəzaların qarşısının alınması məsələsinə sosial tərəfdaşların (işəgötürənlər birlikləri və həmkarlar ittifaqları) cəlb olunması məqsədinə xidmət edib.

Xəbər lenti

Xəbər lenti