...

Azərbaycanda bir neçə təhsil müəssisəsi akkreditasiyadan keçib

Cəmiyyət Materials 28 İyun 2012 16:46 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 3 kollec və 1 ali məktəbi akkreditasiyadan keçirib.
Azərbaycanda bir neçə təhsil müəssisəsi akkreditasiyadan keçib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 3 kollec və 1 ali məktəbi akkreditasiyadan keçirib. Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universiteti, Ağdaş Dövlət Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci və Bakı Humanitar Kollecinin müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Nazirliyin Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti "yaxşı", digər üç kollecin fəaliyyəti isə "kafi" qiymətləndirilib.

Qeyd edək ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti