...

Azərbaycan Avropanın 20-ci Sosial Xidmətlər Konfransında təmsil olunub

Cəmiyyət Materials 28 İyun 2012 16:54 (UTC +04:00)
İyunun 25-27-də Kopenhagen şəhərində (Danimarka) Avropanın 20-ci Sosial Xidmətlər Konfransı keçirilib. "Dayanıqlı sosial xidmətlərin formalaşdırılması: Keyfiyyət, fəaliyyət, innovasiya" mövzusunda keçirilən konfransda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, nazirliyin Sosial təminat siyasəti şöbəsinin sektor müdiri Vüqar Salmanov, Dövlət Sosial Təminat Xidmətinin məsləhətçisi Vüqar Behbudov da iştirak ediblər.
Azərbaycan Avropanın 20-ci Sosial Xidmətlər Konfransında təmsil olunub

Azərbaycan, Bakı, 28 iyun /Trend/

İyunun 25-27-də Kopenhagen şəhərində (Danimarka) Avropanın 20-ci Sosial Xidmətlər Konfransı keçirilib. "Dayanıqlı sosial xidmətlərin formalaşdırılması: Keyfiyyət, fəaliyyət, innovasiya" mövzusunda keçirilən konfransda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, nazirliyin Sosial təminat siyasəti şöbəsinin sektor müdiri Vüqar Salmanov, Dövlət Sosial Təminat Xidmətinin məsləhətçisi Vüqar Behbudov da iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, konfransda yeni iqtisadi reallıqlar şəraitində iqtisadi, sosial və ekoloji tərəqqiyə eyni zamanda nail olunması, dayanıqlı və hamı üçün sosial xidmətlər sisteminin yaradılması, sosial xidmətlər sahəsində dövlət, özəl və könüllü sektorlar arasında qarşılıqlı əlaqənin qurulması, həssas əhali qruplarının cəmiyyətə fəal inteqrasiyası, habelə bu sahələrlə bağlı daha təkmil və real nəticələrə ünvanlanan sənədlərin hazırlanması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində keçirilən seminarlarda sosial xidmətlərin dayanıqlı yerli inkişafda rolu, risk qrupuna daxil olan uşaqların effektli sosial müdafiə ilə əhatə olunması, onların erkən yaşlarında inkişafına dəstəyin göstərilməsi, sosial və mədəni həyatda iştirakına şəraitin yaradılması, ehtiyacı olanlara qayğı göstərməklə onların sağlam şəkildə yaşlanmasına təkan verilməsi, uzunmüddətli reabilitasiya, insan amilinə əsaslanan sosial xidmətlərin hazırlanması və digər məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Eyni zamanda, qeyd olunan sahələrdə dünya təcrübəsindən təqdimatlar olub.

Xəbər lenti

Xəbər lenti