...

Misir Mərdanov: Orta məktəblərdə yapon dilinin tədrisinə geniş yer veriləcək

Cəmiyyət Materials 28 İyun 2012 19:47 (UTC +04:00)
Bu ildən Azərbaycanın orta məktəblərində yapon dilinin tədrisinə geniş yer veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Misir Mərdanov: Orta məktəblərdə yapon dilinin tədrisinə geniş yer veriləcək

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu ildən Azərbaycanın orta məktəblərində yapon dilinin tədrisinə geniş yer veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, bir neçə pilot məktəbdə isə italyan dilinin ikinci xarici dil kimi tədrisi nəzərdə tutulur.

Bununla yanaşı, bir neçə orta məktəbdə ingilis və rus dillərinin proqramları genişləndiriləcək.

Mərdanov lisey və gimnaziyaların birinci siniflərinə şagirdlərin imtahanla qəbulunu da doğru sayıb.

O deyib ki, lisey və gimnaziyalara, eləcə də lisey-siniflərə ən istedadlı uşaqlar qəbul olunmalıdır. Belə məktəblərə qəbul ola bilməyən uşaqlar adi ümumtəhsil müəssisələrində təhsil ala bilərlər.

Xəbər lenti

Xəbər lenti