...

Milli Məclis bir sıra məhkəmələrin hakimlərini təyin edib

Cəmiyyət Materials 29 İyun 2012 12:24 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında bir sıra apelyasiya məhkəmələrinin hakimləri təyin edilib.
Milli Məclis bir sıra məhkəmələrin hakimlərini təyin edib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında bir sıra apelyasiya məhkəmələrinin hakimləri təyin edilib.

Trend-in məlumatına görə, Vüqar Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimi, Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva, Cahangir Yusifov Bakı Apellyasiya Məhkəməsi hakimləri, Şamil Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsi hakimi, Vidadi Cəfərov, Telman Quliyev Sumqayıt Apellyasiya Məhkəməsi hakimləri, Məhərrəm Allahverdiyev, Etibar Camalov, Tofiq Heydərov, Nüsrət Mirzəyev Şirvan Apellyasiya Məhkəməsi hakimləri, Vidadi Qasımov, Hümbət Səlimov Şəki Apellyasiya Məhkəməsi hakimləri təyin ediliblər.

İclasda MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təyin olunan bu hakimlər 2007-ci ildə test üsulu ilə imtahan verən və yüksək nəticə göstərən hakimlərdir.

"Hazırda həmin test imtahanında yüksək nəticə göstərən 55 nəfərdən daha peşəkarları növbəti instansiya məhkəmələrindəki vakant yerlərə təyin olunublar", - Hüseynli deyib.

İclasda, həmçinin səlahiyyət müddəti 2012-ci il iyulun 28-də başa çatan Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilovun həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Zaqatala rayon məhkəməsinin hakimi Elçin Hüseynov Şəki Apellyasiya Məhkəməsinə hakim, Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimov isə vəzifəsindən azad edilərək Şirvani Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

Xəbər lenti

Xəbər lenti