...

Həftə sonu Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 29 İyun 2012 13:07 (UTC +04:00)
İyunun 30-da və iyulun 1-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Həftə sonu Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 30-da və iyulun 1-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 30-da şimşək çaxacağı, bəzən yağış yağacağı proqnozlaşdırılır. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti