...

İstirahət günü ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 30 İyun 2012 13:46 (UTC +04:00)
Azərbaycan sinoptikləri istirahət gününə olan hava proqnozunu açıqlayıblar.
İstirahət günü ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan sinoptikləri istirahət gününə olan hava proqnozunu açıqlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 1-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

İstirahət günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-20, gündüz 22-27 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.

İyulun 1-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti