...

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 30 İyun 2012 13:55 (UTC +04:00)
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının XII qurultayı şənbə günü öz işinə başlayıb.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub, başlıq dəyişdirilib (ilk xəbər saat 13:36-da yayılıb)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının XII qurultayı şənbə günü öz işinə başlayıb.

Trend-in məlumatına görə, qurultayda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Şura 9 təşkilatla işə başlasa da, hazırda 70-dən artıq rəşkilatı özündə birləşdirir.

Onun sözlərinə görə, Azərbaycanda hazırda 220-dən artıq gənclər qeyri-hökumət təşkilatı var. Rəhimov qeyd edib ki, hazırda Azərbaycanda gənclərlə bağlı yeni islahatlar və dəyişikliklər baş verir.

Azərbaycan Prezidenti Administrasiyasının Siyası təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qurultayda bildirib ki, yarandığı ilk illərdə qarşılaşdığı bir çox çətinliklərə baxmayaraq, Şura yaşayıb və mərhələli şəkildə inkişaf edib. O, Milli Şuranın Azərbaycan gəncliyinin inkişafı üçün yaradıldığını qeyd edib.

Aslanov Gənclər Təşkilatları Milli Şurasının vətənpərvər gənclərin yetişməsində bir platforma olduğunu bildirib. PA rəsmisi
təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasının,
həyata keçirdiyi layihələrin sayının artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov qurultayda çıxışında Milli Şuranın keçdiyi yoldan danışıb. O, Şura üzvlərinin milli maraqlara sədaqətli olduqlarını, şəxsi fədakarlıq göstərdiklərini qeyd edib.

Sonra qurultayda Şura sədrliyinə namizədlər Mirhəsən Seyidov, Gülsel Sədərova və Şahin Seyidzadə təqdim olunublar.

Şahin Seyidzadə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsinə seçilib.

Xəbər lenti

Xəbər lenti