...

Gürcüstan DİN ölkənin tanınmış jurnalistinin oğlunu beynəlxalq axtarışa verib

Cəmiyyət Materials 6 Avqust 2012 14:40 (UTC +04:00)
"Maestro" telekanalında aparıcı işləyən tanınmış qadın jurnalist Eka Beridzanın oğlu Beka Cibladze polis tərəfindən axtarılır.
Gürcüstan DİN ölkənin tanınmış jurnalistinin oğlunu beynəlxalq axtarışa verib

Gürcüstan, Tbilisi, 6 avqust /Trend, müxbir N.Kirsxaliya/

"Maestro" telekanalında aparıcı işləyən tanınmış qadın jurnalist Eka Beridzanın oğlu Beka Cibladze polis tərəfindən axtarılır.

Trend-in məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında deyilir ki, Cibladze paytaxt barlarının birinin əməkdaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Cümə günü axşam saatlarında Beka Cibladze yaranmış mübahisə nəticəsində barın əməkdaşına bıçaq xəsarəti yetirib.

Hazırda o, axtarışdadır. Cibladzeni barda müşayiət edən Qasviani də saxlanılıb və ona qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə şübhəli bilinən Cibladzeni qiyabi təqsirli bilib.

İstintaq orqanlarının məlumatına əsasən, Cibladze Gürcüstan sərhədini keçməyə müvəffəq olub. Bununla əlaqədar olaraq, o, beynəlxalq axtarışa verilib.

Xəbər lenti

Xəbər lenti