...

Zabrat yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2012 15:25 (UTC +04:00)
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər sürətlə davam etdirilir.
Zabrat yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 6 avqust / Trend müxbir K.Zərbalıyeva/

Zabrat yolunda təmir-bərpa işləri bu ay yekunlaşacaq.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər sürətlə davam etdirilir.

Yolun keçdiyi ərazidə mühəndis-kommunikasiya qurğuları zəruri olan yerlərdə dəyişdirildikdən sonra təmir işlərinə start verilib.

Yolun artıq 5,2 kilometrlik hissəsinə 3 qat asfalt-beton örtük döşənib. 5,5 km-lik hissədə bardürlər yenisi ilə əvəzlənib, təxminən 4 km-lik məsafədə isə xətləmə işləri yerinə yetirilib.

Tərtib olunmuş qrafik əsasında həyata keçirilən işlərin avqust ayında başa çatması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti