...

Azərbaycanda dövlət qulluğunda 700 vakant yerin tutulması üçün müsabiqə elan olunub

Cəmiyyət Materials 7 Avqust 2012 09:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqə 64 dövlət orqanındakı 578 vakant vəzifənin tutulması üçün elan olunub.
Azərbaycanda dövlət qulluğunda 700 vakant yerin tutulması üçün müsabiqə elan olunub

Azərbaycan, Bakı, 7 avqust /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğunda 700 vakant yerə müsabiqə elan olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqə 64 dövlət orqanındakı 578 vakant vəzifənin tutulması üçün elan olunub.

Müsabiqəyə çıxarılan vakant vəzifələr rayon, şəhər məhkəmələrində, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Sənaye və Energetika nazirliklərində, Dövlət komitələri və komissiyalarında, agentliklərdədir.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar müvafiq ərizə formasını avqustun 7-dən sentyabrın 6-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Xəbər lenti

Xəbər lenti