...

"Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" kitabı işıq üzü görüb

Cəmiyyət Materials 7 Avqust 2012 18:04 (UTC +04:00)
"Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" kitabının təqdimat mərasimi keçirilib.
"Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" kitabı işıq üzü görüb

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.Mehdiyev/

"Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimbrin müəllifliyi ilə hazırlanmış "Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" adlı üçcildlik ensiklopediyanın 1-ci cildi işıq üzü görüb.

Ensiklopediya İslam Konfransı Gənclər Forumunun sifarişi və dəstəyi ilə Dini Araşdımıalar Mərkəzi tərəfrindən 2011-ci ildə hazırlanıb və bu il ilk cildi nəşr edilib.

Adıçəkilən ensiklopediya digər ölkəbrdə bu sahədə əvvəllər nəşr olunmuş mövcud ensiklopediyalardan tərcümə yolu ilə deyil, tam şəkildə yenidən işlənib hazırlanıb, Azərbaycan reallıqlarını, Azərbaycanda tarixən mövcud olmuş dini ənənələri nəzərə alaraq yazılıb.

Ensiklopediya ilkin olaraq 2 cilddə hazırlanıb. 1-ci cilddə yalnız İslama aid əsas terminlər əks olunub, 2-ci cildə isə ilk səhabələrin adları və İslam tarixinə aid digər xüsusi adlar daxil edilib. İlkin iki cilddə 1001 termin və xüsusi ad əhatə olunub. Sonradan ensiklopediyaya 3-cü cild əlavə edilib ki, burada İslam tarixində mövcud olmuş cərəyanlar, fikir məktəbləri, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimbr haqqında məlumat verilir.

Kitab İslam haqqında bütün ilkin məlumatları əhatə edərək daha geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, mütəxəssislər üçün də maraqlı olacaq.

Təqdimat mərasimində rəsmi qonaqlar, millət vəkilləri, elmi ictimaiyyət nümayəndələri və dini icma rəhbərləri iştirak edib.

Təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF ARM) rəhbəri Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov və digər qonaqlar çıxış edib.

Layihənin ümumi rəhbəri olmuş Elçin Əsgərov ensiklopediyanı təqdim edərək, onun zərurəti və əhəmiyyəti barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında bu layihənin əhəmiyyətini qeyd edib, İslam haqqında məlumatları əks etdirən ədəbiyyatın daha çox ölkə daxilində, yerli müəlliflər tərəfındən yazılma zərurətini vurğulayıb, dini ictimaiyyəti xaricdə nəşr olunmuş ədəbiyyatın tərcüməsi ilə kifayətlənməməyə, İslam haqqında Azərbaycanda da yerli müəlliflər tərəfındən kitablar yazmağa dəvət edib.

Millət vəkili Qənirə Paşayeva ensiklopediyanın əhəmiyyətindən danışaraq bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov ensiklopediyanın ərsəyə gəlməsi və özəl xüsusiyyətlərindən bəhs edib.

Xəbər lenti

Xəbər lenti