...

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır (FOTO)(ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 12 Avqust 2012 16:11 (UTC +04:00)
İranın şımalı-qərbində 6.2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 180 nəfər ölüb, 1300 yaxın adam xəsarət alıb, Fars xərbər agentliyi İranın FHN idarəsinin rəisi Xəlil Sayinin sözlərinə istinadən xəbər verir.
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır (FOTO)(ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 12 avqust /Trend müxbir T.Cəfərov/

İranın şımalı-qərbində 6.2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb, İSNA xərbər agentliyi xəbər verir.

İranın FHN idarəsinin rəisi Xəlil Sayinin sözlərinə görə, ölənlərin sayı 300 nəfərə çatması barədə məlumatlar qeyri-rəsmidir.

"Rəsmi məlumata əsasən 250 nəfər həlak olub", - o deyib.

Bundan öncə İranın DİN rəsmisi Həsan Qəddami verdiyi məlumata görə 153 nəfər ölüb, 700 yaxın insan yaralanmışdı.

Zəlzələ nəticəsində Əhər şəhərində 45 nəfər, Vərzəqan şəhərində 40 nəfər, Təbrizin özündə isə 18 nəfər ölüb. 60-a yaxın kənd dağınıq vəziyyətindədi.

Ən çox dağılmış şəhərlər Vərzaqan, Nehabad, Salasmas və Niyamdobaddı. Xilasetmə işlərinə üç helikopter və xüsusi itlər cəlb olunub.

İranın FHN idarəsinin rəisi Xəlil Sayi Təbriz və Əhər şəhərinin sakinlərinə gecəni parklarda keçirməyi çağırıb.

Foto- Mehr xəbər agentliyi

Xəbər lenti

Xəbər lenti