...

Azərbaycanda həftə ərzində 40-42 dərəcəlik isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 13 Avqust 2012 12:08 (UTC +04:00)
Azərbaycanda isti hava şəraiti yaxın günlər ərzində də davam edəcək.
Azərbaycanda həftə ərzində 40-42 dərəcəlik isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda isti hava şəraiti yaxın günlər ərzində də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend-ə deyib ki, avqustun 14, 15 və 16-da Bakı və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, şimal küləyinin əsəcəyi, gündüz şimal küləyinin cənub küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Havanın temperaturu gündüz saatlarında 36-38 dərəcə isti olacaq, yarımadanın bəzi yerlərində havanın temperaturu 40 dərəcə olacaq.

Yaxın üç gün ərzində Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 36-39 dərəcə olacaq. bəzi yerlərdə temperatur 42 dərəcəyə yüksələcək. Dağlarda havanın temperaturu 30-34 dərəcə isti olacaq.

Avqustun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və boğanaq hava şəraiti fonunda güclü istilər meteohəssas insanlar üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.

Xəbər lenti

Xəbər lenti