...

İrandan Azərbaycana kimyəvi maddənin keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 13 Avqust 2012 15:22 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Jafarpour Bayramalının idarə etdiyi “Scania” markalı sərnişin avtobusunun yükləri “Heiman X-Ray” rentgen qurğusunda yoxlanılarkən sürücünün gömrük nəzarətinə təqdim etdiyi 2 ədəd karton qutudan hər birində 2,5 litr olmaqla, cəmi 7 ədəd - üzərində “Sulfuric Acid” sözləri və “H2SO4” kimyəvi formulu yazılmış plastik qablarda maye halında maddə aşkar edilib
İrandan Azərbaycana kimyəvi maddənin keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir E.Mehdiyev/

İrandan Azərbaycana maye halında kimyəvi maddənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Jafarpour Bayramalının idarə etdiyi "Scania" markalı sərnişin avtobusunun yükləri "Heiman X-Ray" rentgen qurğusunda yoxlanılarkən sürücünün gömrük nəzarətinə təqdim etdiyi 2 ədəd karton qutudan hər birində 2,5 litr olmaqla, cəmi 7 ədəd - üzərində "Sulfuric Acid" sözləri və "H2SO4" kimyəvi formulu yazılmış plastik qablarda maye halında maddə aşkar edilib.

Bayramalı bildirib ki, sözügedən kimyəvi maddəni ona İranın Təbriz şəhərində Mehzad adlı bir İran vətəndaşı verərək onu Bakıda Yelena adlı bir şəxsə çatdırmağı xahiş edib.

Xatırladaq ki, "H2SO4" (sulfat turşusu) kimyəvi formullu maddə Azərbaycan Respublikasının ərazisində prekursor sayıldığı üçün onun idxalı, ixracı və tranzit nəql edilməsi Azərbaycan Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 02.09.2002-ci il tarixli 782 saylı fərmanına uyğun olaraq həyata keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti