...

Bu il Azərbaycanda 600-dən çox insan qidadan zəhərlənib

Cəmiyyət Materials 14 Avqust 2012 15:42 (UTC +04:00)
Bu il ərzində Azərbaycanda 600-dən çox insan qidadan zəhərlənib. Bunu çərşənbə axşamı Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.
Bu il Azərbaycanda 600-dən çox insan qidadan zəhərlənib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu il ərzində Azərbaycanda 600-dən çox insan qidadan zəhərlənib. Bunu çərşənbə axşamı Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, zəhərlənmə hallarının demək olar ki, hamısı ev şəraitində hazırlanmış məhsullardan baş verir.

"Zəhərlənmələr iaşə obyektlərində hazırlanmış yeməklərdən baş vermir. Araşdırma göstərir ki, zəhərlənmələr evdə bişmiş təzə yeməklərdən deyil, bayat yeməklərdən baş verir. Bişmiş yemək düzgün qaydada saxlanılmır, ona görə də zəhərlənmənin baş verməsinə şərait yaranır", - Abdullayev deyib.

O bildirib ki, istifadə zamanı soyuducuda saxlanılmış bayat yeməklərin daxili temperaturları mütləq 80 dərəcəyə qədər qızdırılmalıdır.

Qeyri-rəsmi məlumatlar və təcrübə əsasında qidadan zəhərlənmə hallarının daha çox aztəminatlı ailələr arasında baş verdiyini deyən Abdullayevin sözlərinə görə, çox zaman insanlar harada zəhərləndiklərini bununla bağlı araşdırma aparan müvafiq orqanlara demək istəmirlər. Bəzi hallarda insanlar zəhərlənməmişdən əvvəl qidalandıqları yeməklər barədə də düzgün məlumat vermirlər.

Abdullayev bildirib ki, insanlar qidanı qəbul edən kimi zəhərlənməyə də bilər. İnsanlarda zəhərlənmə əlamətləri qidanı qəbul edəndın 2 saatdan 7-10 günə qədər özünü göstərə bilər.

"Ola bilər ki, insanlar qəbul etdiyi son qidadan deyil, 10 gün əvvəl yediyi hər hansı bir qidadan zəhərlənə bilər. Amma son dəfə qarpız və ya digər qida qəbul etdikdə elə hesab edə bilərlər ki, ondan zəhərləniblər",- mərkəz rəsmisi əlavə edib.

Abdullayev hazırda qışa hazırlıq məqsədilə meyə-tərəvəzi ev şəraitində konservləşdirən insanları da diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, həmin məhsullar konservləşdirilərkən qabın içərisi oksigensiz qalarsa, onda zəhərlənmə üçün şərait yaranır. Buna görə də noyabr-dekabr aylarından başlayaraq, ev şəraitində konservləşdirilmiş məhsullardan zəhərlənmə halları artır.

Xəbər lenti

Xəbər lenti