...

Qurban Yetirmişli: İranda baş verən güclü zəlzələlər Azərbaycan üçün təhlükəli deyil

Cəmiyyət Materials 14 Avqust 2012 20:54 (UTC +04:00)
İranda baş verən güclü zəlzələlər Azərbaycan üçün təhlükəli deyil. Bunu çərşənbə axşamı Trend-ə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Qurban Yetirmişli: İranda baş verən güclü zəlzələlər Azərbaycan üçün təhlükəli deyil

Azərbaycan, Bakı, 14 avqust /Trend/

İranda baş verən güclü zəlzələlər Azərbaycan üçün təhlükəli deyil. Bunu çərşənbə axşamı Trend-ə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Bu gün İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında 2-3 bal gücündə hiss olunub. Yeraltı təkanlar Ordubad, Lənkəran, Astara rayonlarında hiss edilib. Qorxulu bir şey yoxdur", - Yetirmişli bildirib.

Onun sözlərinə görə, zəlzələlər güclü olduğundan hələ 4-5 ay afterşoklar davam edəcək.

Yetirmişli deyib ki, yeraltı təkanlar güclü olduğundan zəlzələnin Azərbaycanda da hiss edilməsi təbiidir.

Xəbər lenti

Xəbər lenti