...

Azərbaycanda Ramazan bayramı ilə əlaqədər dəmir yolları gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 16 Avqust 2012 10:13 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejiminə keçib.
Azərbaycanda Ramazan bayramı ilə əlaqədər dəmir yolları gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejiminə keçib.

QSC-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi, vaqonlarda soyuducu sistemin normal işləməsi istiqamətində ciddi işlər görür.

Bundan əlavə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edir.

Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulmasını təmin edir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti