...

Azərbaycanda “Sənədlər” xidməti əhalinin istifadəsinə verilib

Cəmiyyət Materials 16 Avqust 2012 11:07 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq bir neçə xidməti vahid nömrə altında təqdim edən “118 Məlumat Sorğu Xidməti” istifadəçilərinə yeni xidmət təqdim edib.
Azərbaycanda “Sənədlər” xidməti əhalinin istifadəsinə verilib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Azərbaycanda ilk dəfə olaraq bir neçə xidməti vahid nömrə altında təqdim edən "118 Məlumat Sorğu Xidməti" istifadəçilərinə yeni xidmət təqdim edib.

"118 Məlumat Sorğu Xidməti"ndən cümə günü Trend-ə verilən məlumata görə, avqustun 15-dən etibarən "Sənədlər" xidmətini istehlakçıların istifadəsinə verilib.

Artıq istifadəçilər "Sənədlər" xidmətinə müraciət etməklə onlara lazım olan sənədlərlə bağlı bütün suallara cavab tapa bilərlər.

"118 Məlumat Sorğu Xidməti"nin təqdim etdiyi yeni "Sənədlər" xidməti vasitəsi ilə xarici pasport, şəxsiyyət vəsiqəsi, doğum şəhadətnaməsi, hərbi bilet, xarici ölkələrə viza, sürücülük vəsiqəsi, avtomobil və ya ev alqı-satqısı və istənilən digər sənədlər üzrə məlumatı əldə edə bilərsiniz.

Xidmət vahid tarifdə ƏDV daxil olmaqla 1 dəqiqəsi 0.47 AZN dir.

Xəbər lenti

Xəbər lenti