...

Deputat seçiciləri ilə görüşdü (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2012 10:27 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanovun rayon seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayona səfərləri davam edir. Avqust ayının 16-da millət vəkili növbəti dəfə İsmayıllı şəhərindəki ofisində sakinləri qəbul edib
Deputat seçiciləri ilə görüşdü (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Milli Məclisin deputatı Novruz Aslanovun rayon seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayona səfərləri davam edir. Avqust ayının 16-da millət vəkili növbəti dəfə İsmayıllı şəhərindəki ofisində sakinləri qəbul edib.

Həmişə olduğu kimi bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Xüsusilə müalicə və cərrahi əməliyyatlara köməklik edilməsi barədə millət vəkilinə müraciət edənlərin sayı çoxluq təşkil edib. Bir neçə məsələ ilə bağlı deputat müvafiq qurumlara müraciətin ediləcəyini bildirib.

Qəbuldan sonra deputat Sumağallı kəndində iftar süfrəsində iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının və yerli strukturların rəhbərlərinin də iştirak etdiyi iftar süfrəsində 100-dən çox insan süfrədəki nemətlərlə öz oruclarını açıb. Qonşu kəndlərin də sakinləri bu süfrədə iştirak ediblər.

Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları hər həftə qəbul etmək deputat Novruz Aslanovun əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə millət vəkili hər həftə İsmayıllı rayonuna səfər edir. Belə görüşlər səyyar şəkildə kəndlərdə də keçirilir.

Xəbər lenti

Xəbər lenti