...

Azərbaycanda gənclər üçün yeni layihəyə start verilib

Cəmiyyət Materials 17 Avqust 2012 16:33 (UTC +04:00)
Avqustun 17-də Şəkidə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Gənclər Klubu İctimai Birliyinin təşkilatçılığı ilə "Tariximizi Öyrənək, İrsimizi Qoruyaq!" adlı layihənin icrasına başlanılıb.
Azərbaycanda gənclər üçün yeni layihəyə start verilib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir E.Mehdiyev/

Avqustun 17-də Şəkidə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Gənclər Klubu İctimai Birliyinin təşkilatçılığı ilə "Tariximizi Öyrənək, İrsimizi Qoruyaq!" adlı layihənin icrasına başlanılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində müsabiqə nəticəsində seçilmiş 140 gənc iki mərhələyə bölünməklə təşkil edilmiş yay düşərgəsində avqust-sentyabr ayında istirahətlə yanaşı, Azərbaycan tarixini də öyrənmək imkanı əldə edəcəklər.

Layihənin əsas məqsədi gənclərimizə Azərbaycan tarixini, onun təbliğini geniş şəkildə öyrətməkdir. Qeyd edək ki, müsabiqədə xarici dil bilən və tariximizin öyrənilməsinə maraq göstərən gənclərə üstünlük verilib ki, onlar da gələcəkdə Azərbaycan tarixinin beynəlxalq aləmdə təbliğatına yardımçı ola biləcəklər.

Layihənin Şəkidə keçirilməsinə gəldikdə isə, buna əsas Alban tarixinə aid olan abidələrin bu bölgədə daha çox yerləşməsidir.

Xəbər lenti

Xəbər lenti