...

ASAIF-in yeni sədri seçilib

Cəmiyyət Materials 18 Avqust 2012 13:12 (UTC +04:00)
Ramin Həkimov Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) iki illik sədri seçilib.
ASAIF-in yeni sədri seçilib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir E.Mehdiyev/

Ramin Həkimov Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) iki illik sədri seçilib.

Trend-in məlumatına görə, ASAİF-in sədrliyinə Ramin Həkimov və Musa Qurbanov öz namizədliklərini vermişdi. Lakin Qurbanov seçki konfransında öz namizədliyini Həkimovun xeyrinə geri götürüb.

Konfransda Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə Soltan Bayramov, Cavid Hüseynzadə və Turanə İbrahimova seçilib.

Avqustun 18-də ASAIF-in nizamnaməsinə əsasən, təşkilatın II Hesabat-Seçki Konfransı keçirilib. Konfrans 500 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutub. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti