...

Azərbaycanda qədim hamamın qalıqları tapılıb

Cəmiyyət Materials 22 Avqust 2012 12:58 (UTC +04:00)
Şamaxıda min illik tarixə malik Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olmuş Gülüstan qalasında saray hamamının qalıqları tapılıb.
Azərbaycanda qədim hamamın qalıqları tapılıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Şamaxıda min illik tarixə malik Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olmuş Gülüstan qalasında saray hamamının qalıqları tapılıb.

Trend çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Gülüstan qalasında tədqiqat işləri apararkən qalaya gələn su xəttini də aşkar ediblər.

Arxeoloji qazıntı buradan çoxlu sayda Şamaxı, Gülüstan, Qəbələ, Şabran, Gəncə və Təbrizdə zərb edilmiş gümüş və mis sikkələr, Azərbaycan, Cin, Mərkəzi Asiya, İran və Avropada istehsal edilmiş saxsı məmulatı, bəzək əşyaları tapılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Türkiyənin Mustafa Kamal Universiteti arasında bağlanmış müqavilə əsasında arxeoloqlar - professor Aynur Özfirat və dosent Şevket Dönmez Gülüstan qalasında tədqiqatlarla tanış olub və gələcəkdə birgə tədqiqatların aparılmasına dair ilkin razılığa gəliblər.

Qeyd edək ki, Gülüstan qalasında tədqiqatlar hələ 2011-ci ildə başlanıb. Qalada aparılan tədqiqat işləri zamanı çoxlu sayda maddi-mədəniyyət nümunələri, müxtəlif təyinatlı binaların qalıqları, əmək alətləri və silahlar, müxtəlif formalı saxsı məmulatı, IV-XV əsrlərə aid gümüş və mis sikkələr, tunc və şüşədən hazırlanmış üzük, sırğa və bilərziklər, mineral daş, pasta və sümükdən hazırlanmış muncuqlar, daş kitabələr, top mərmiləri, qəbirlər və qalaya gedən gizli yeraltı yol aşkara çıxarılıb.

Xəbər lenti

Xəbər lenti