...

Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə “Mini informasiya laboratoriyası” hədiyyə edib (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2012 12:43 (UTC +04:00)
Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Mini informasiya laboratoriyası”na xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi daxildir.
Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə “Mini informasiya laboratoriyası” hədiyyə edib (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend müxbir K.Zərbalıyeva/

Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə "Mini informasiya laboratoriyası" hədiyyə edib.

Fonddan Trend-ə verilən məlumata görə, "Mini informasiya laboratoriyası"na xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi daxildir.

Gözdən Əlillər Cəmiyyətinə təqdim olunan Jawes For Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma maşını, Brayl yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler vasitəsilə dərslikdən istifadə etmək, səsli proqram vasitəsilə isə müxtəlif informasiyaları oxumaq mümkündür.

Xatırladaq ki, Heydər Əliyev Fondu bir neçə il əvvəl gözdən əlil şəxslər üçün müasir texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış edib.

2005-ci ildə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi imzalanmışdır.

Layihə gözdən əlil insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəlib.

Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbin nəzdində mətbəə yaradılıb. Burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur.

Xəbər lenti

Xəbər lenti