...

Azərbaycanın bəzi çaylarında suyun səviyyəsi artıb

Cəmiyyət Materials 24 Avqust 2012 11:57 (UTC +04:00)
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.
Azərbaycanın bəzi çaylarında suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İsabalayeva/

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım olub. Salyanda Kürün səviyyəsi 6 , Bankədə 25 sm azalma qeydə alınıb. Şirvanda isə suyun səviyyəsində dəyişiklik baş verməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2011-ci il avqustun 24-də 444 sm), Şirvanda 204 sm (2011-ci il avqustun 224-də 323 sm ), Salyanda 152 sm (2011-ci il avqustun 24-də 324 sm), Bankədə 216 sm (2011-ci il avqustun 24-də 259 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2011-ci il avqustun 24-də 158 sm) təşkil edir.

Avqustun 23-də gün ərzində, 24-də gecə və səhər Lənkəran-Astara bölgəsinə yağan leysan yağışları nəticəsində Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 61 sm, Lənkərançay-Sifidorda 20 sm, Vəşərüçay-Daştatükdə isə 30 sm artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 100-170, Naxçıvan MR çaylarında isə 135, ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur, 450-1000 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti