...

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 36 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 25 Avqust 2012 11:44 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 36 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 36 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 36 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, avqustun 26-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında avqustun 26-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 26-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 24-29 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti