...

Tağıyev-Sahil yolu yenidən qurulacaq (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2012 10:44 (UTC +04:00)
Ümumi uzunluğu 41,4 km olan Tağıyev-Sahil yolunun yenidən qurulması nəzərdə tutulub
Tağıyev-Sahil yolu yenidən qurulacaq (FOTO)

Azərbaycan, Bakı, 28 avqust / Trend müxbir M.Əliyev/

Ümumi uzunluğu 41,4 km olan Tağıyev-Sahil yolunun yenidən qurulması nəzərdə tutulub. Trend-in məlumatına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəsmi saytında bildirilir ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsini təşkil edən Tağıyev-Sahil (M-6) avtomobil yolu Bakı-Quba (M-1) və Bakı-Ələt (M-2) magistral yollarını birləşdirməklə avtomobil yolları şəbəkəsində prioritet yer tutur.

Layihə çərçivəsində yenidən qurulması nəzərdə tutulan ümumi uzunluğu 41,4 km olan Tağıyev-Sahil yolu ikinci texniki dərəcəli, iki hərəkət zolaqlıdır.

Yol boyu 11 körpünün, 4 heyvan keçidinin, 8 avtobus dayanacağının və 61 müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların tikintisi planlaşdırılır.

İcrasına 2010-cu ilin aprel ayından başlanılan işlərin 70%-ə qədəri artıq başa çatdırılıb. Belə ki, 34 km-dən artıq hissədə ikiqat asfalt-beton örtük vurulub, torpaq işləri isə 35 km-də başa çatdırılıb, 4 heyvan keçidi, 7 körpü və 47 borunun tikintisi tamamlanıb.

Əsasən yükdaşımalar üçün əhəmiyyətli olacaq bu yol Azərbaycanın cənub və qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Bakı-Rusiya yolunun 36-cı km-ə çıxışını təmin edəcək. Bununla da hər iki istiqamətdə məsafə 50 km qısalacaq.

Yolun bu il 2012-ci ildə istismara veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti