...

Kollecə daxil olmaq istəyən 9-cu sinif şagirdləri üçün 12 şəhərdə imtahan keçiriləcək

Cəmiyyət Materials 28 Avqust 2012 14:09 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək.
Kollecə daxil olmaq istəyən 9-cu sinif şagirdləri üçün 12 şəhərdə imtahan keçiriləcək

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imtahan sentyabrın 2-də olacaq.

Abituriyentlər artıq bu gündən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyent imtahana gələrkən mütləq "İmtahana buraxılış vərəqəsini", şəxsiyyəti təsdiq edən sənədin əslini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini özləri ilə gətirməlidirlər. 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayışı da təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti