...

Azərbaycanda ali məktəblərə qəbulla bağlı yenilik ediləcək

Cəmiyyət Materials 14 Sentyabr 2012 13:02 (UTC +04:00)
Azərbaycanda gələn il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanı verən abituriyentlər üçün yenilik ediləcək.
Azərbaycanda ali məktəblərə qəbulla bağlı yenilik ediləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gələn il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanı verən abituriyentlər üçün yenilik ediləcək.

Trend-in xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, gələn ildən başlayaraq abituriyentlər imtahandan dərhal sonra öz cavab kartlarının elektron təsviri ilə tanış ola biləcəklər. O, bunun imtahanda tətbiq olunan texnoloji yeniliklərdən biri olduğunu qeyd edib.

Abbaszadə deyib ki, bu yenilik artıq magistratura səviyyəsində tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti