Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Sentyabrın 23-ü axşamadək Abşeron yarımadasında insanlarda xoş əhval-ruhiyyə yaradan mülayim isti və sabit hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.