...

Bakıda leysan yağıb

Cəmiyyət Materials 24 Sentyabr 2012 02:36 (UTC +04:00)
Bakıda bazar günü regiona xas olmayan ildırım və göy gurultusu ilə müşahidə olunan leysan yağıb.
Bakıda leysan yağıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda bazar günü regiona xas olmayan ildırım və göy gurultusu ilə müşahidə olunan leysan yağıb.

Sinoptiklərin verdiyi məlumata görə, Azərbaycan ərazisində həftənin ilk iş günü hava küləkli və yağmurlu keçəcək.

Havanın kəskin pisləşməsi şimal-qərbdən, yəni Qara dəniz rayonlarında və Rusiyanın cənubunda izlənən soyuq atmosfer cəbhəsi Azərbaycan ərazisinə keçməsidir.

Dəyişkən hava şəraiti sentyabrın 25-nə qədər davam edəcək.

Azərbaycanın rayonlarında yağmurlu hava şəraiti hökm sürəcək, bəzi yerlərdə leysan xarakterli olacaq. Havanın temperaturu bəzi yerlərdə 8-10 dərəcə enəcək.

Xəbər lenti

Xəbər lenti