...

AMEA oktyabrın 10-dan sonra doktoranturaya qəbul imtahanının keçirilməsinə başlayacaq

Cəmiyyət Materials 1 Oktyabr 2012 11:13 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsinə oktyabrın 10-dan sonra başlanacaq.
AMEA oktyabrın 10-dan sonra doktoranturaya qəbul imtahanının keçirilməsinə başlayacaq

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsinə oktyabrın 10-dan sonra başlanacaq.

AMEA-nın Doktorantura və kadrlar şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, artıq doktoranturaya sənəd qəbulu yekunlaşıb.

Bu il AMEA-nın elmi təşkilat və müəssisələrinə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 288 yer ayrılıb. Onun 158-i əyani, 130-u qiyabi təhsil forması üzrədir.

Elmlər doktoru proqramı üzrə isə 110 yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti