...

"Statoil" Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir

Cəmiyyət Materials 1 Oktyabr 2012 15:23 (UTC +04:00)
"Statoil" şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyi münasibətilə Müasir İncəsənət Muzeyində "Statoil" incəsənət kolleksiyasından olan müasir əsərlərdən ibarət "Üz-üzə" ("Face to Face") adlı sərgi keçiriləcək.
"Statoil" Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

"Statoil" şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyi münasibətilə Müasir İncəsənət Muzeyində "Statoil" incəsənət kolleksiyasından olan müasir əsərlərdən ibarət "Üz-üzə" ("Face to Face") adlı sərgi keçiriləcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Üz-üzə" 10 müxtəlif ölkəni təmsil edən 16 fotoqraf, heykəltəraş və rəssamın 63 əsərini nümayiş etdirən portret sərgisidir.

"Enerji şirkəti olan "Statoil" incəsənətin də enerji olduğuna inanır. Bu, bizim başlıca biznesimizdən - neft və qazdan fərqli enerjidir. Sənət enerjisi insanlara ilham verir. Beynəlxalq ünsiyyət vasitəsi olan təsviri sənət vizual obrazlar vasitəsilə milliyyətindən, mədəniyyətindən və mənşəyindən asılı olmayaraq, bütün insanlara bir-birini anlamaqda kömək edir", - şirkətin Azərbaycan ofisinin prezidenti Lars Troen Sorensen bildirib.

Statoil-un incəsənət proqramı nədir?

Mədəniyyət qurumlarından kənarda da incəsənətlə təmasda olmaq, qaynayıb qarışmaq mümkündür. İncəsənətə bağlılığımız bizə

- iş mühitimizi daha da ruhlandırmaqda və həvəsləndirməkdə,
- "Statoil" brendi və mədəniyyəti yaratmaqda,
- fəaliyyət göstərdiyimiz cəmiyyətlərin mədəni inkişafına töhfə verməkdə yardım edir.

Son 25 ildə Statoil-un incəsənət kolleksiyasında 1000-dən artıq müasir əsər toplanıb. Bizim proqramımızın əsas aparıcı qüvvələri təhsil, kommunikasiya və sərgi fəaliyyətləridir.

Statoil-un incəsənət proqramı haqqında bu ünvanda daha ətraflı məlumat almaq olar: www.statoil.com/artprogramme.

"Statoil" incəsənət proqramı ilə əlaqə saxlamaq üçün elektron poçt ünvanı: [email protected]

Sərgi 2012-ci il oktrabrın 12-dən noyabrın 11-dək Bakı Müasir İncəsənət Muzeyində keçiriləcək.

"Statoil" 36 ölkədə fəaliyyət göstərən beynəlxalq eneji şirkətidir. Norveçdəki 40 illik neft və qaz hasilatı təcrübəmizə əsaslanaraq, məsuliyyətlə, yenilikçi texnologiya və mütərəqqi biznes həlləri təklif etməklə dünya enerji ehtiyaclarının qarşılanmasının keşiyində dururuq. Mərkəzi ofisi Norveçdə yerləşən Statoil-un dünyada 20 min işçisi var. Şirkət Nyu-York və Oslo fond birjalarının siyahısına daxildir. Daha ətraflı: www.statoil.com

"Statoil" Azərbaycana 1992-ci ildə gəlib və ölkədə fəaliyyət göstərən ikinci ən iri xarici sərmayə şirkətidir. Şirkət Azərbaycana 5 milyard ABŞ dollarından artıq sərmayə qoyub: 8,56% payla "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun neft hasilatında, 25,5% payla "Şahdəniz" qaz yatağının işlənməsində təmsil olunur, müvafiq olaraq, Bakı-Tblisi-Ceyhan (BTC) və "Cənubi Qafqaz" boru kəmərində pay sahibidir. Azərbaycanda hazırkı gündəlik neft hasilatımız təqribən 100 min barelə bərabərdir ki, bu da "Statoil" şirkətinin beynəlxalq hasilatının 20%-dən çoxu deməkdir. Biz Azərbaycanda qarşımıza uzunmüddətli vəzifələr qoyaraq fəaliyyət göstəririk.

Xəbər lenti

Xəbər lenti