...

Gəncədə yol nəqliyyat hadisəsi yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib

Cəmiyyət Materials 1 Oktyabr 2012 19:59 (UTC +04:00)
Gəncədə yol nəqliyyat hadisəsi yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Gəncədə yol nəqliyyat hadisəsi yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Gəncədə yol nəqliyyat hadisəsi yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluğun mnətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 30 sentyabr 2012-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri, Xətai prospektində yerləşən 7 nömrəli yaşayış binasının yaxınlığında naməlum avtomaşınla piyadalar - Əsgərova Urux Məcid qızı, Vəliyeva Vəfa Ramiz qızı və Vəliyeva Xatın Könül qızının vurulması nəticəsində zərərçəkmiş şəxslər U.Əsgərova və V.Vəliyevanın aldıqları bədən xəsarətlərindən hadisə yerində, X.Vəliyevanın isə xəstəxanaya aparılarkən yolda Təcili Tibbi Yardım maşınında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədilib və sürücü hadisə yerindən qaçıb.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Bayramov Tural Məmməd oğlu tərəfindən onun idarə etdiyi "Mercedes Benz" 20-DB-396 dövlət qeydiyyat nişanlı avtomobillə törədildiyi müəyyən edilib və o, oktyabrın 1-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xəbər lenti

Xəbər lenti