...

Azərbaycanda hotellər üçün yeni standartlar hazırlanır

Cəmiyyət Materials 2 Oktyabr 2012 12:33 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "Mehmanxanalar və digər yerləşdirmə obyektlərinin təsnifatı" standartlarının ilkin variantını hazırlayıb.
Azərbaycanda hotellər üçün yeni standartlar hazırlanır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "Mehmanxanalar və digər yerləşdirmə obyektlərinin təsnifatı" standartlarının ilkin variantını hazırlayıb.

Nazirliyin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu Trend-ə deyib ki, mehmanxanalar və mehmanxana tipli obyektlər üçün hazırda qüvvədə olan standartlar 2006-cı ildə qəbul olunub. Ancaq keçən dövr ərzində mehmanxana infrastrukturu inkişaf etdiyi üçün yeni standartların hazırlanmasına ehtiyac var. Artıq sənədin ilkin variantı hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub. Standartlar bu komitə tərəfindən təsdiqlənəcək.

Oruclu deyib ki, yeni standartların hazırlanması zamanı Rusiya, Türkiyə və Avropanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə olunub.

"Təbii ki, bu ölkələrin standartlarında əks olunan ən yaxşı məqamlar götürülüb. Həmin standartlar Azərbaycan şəraitinə uyğunlaşdırılmaqla hazırlanıb", - sektor müdiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti