...

Azərbaycanda "Əlillərin hüquqları haqqında" Konvensiyanın ratifikasiyasının ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2012 16:18 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Sosial Xidmətlər Təşəbbüsü" İctimai Birliyinin birgə təşkilatçılığı ilə çərşənbə axşamı BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının ratifikasiya olunmasının 4-cü ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Azərbaycanda "Əlillərin hüquqları haqqında" Konvensiyanın ratifikasiyasının ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Sosial Xidmətlər Təşəbbüsü" İctimai Birliyinin birgə təşkilatçılığı ilə çərşənbə axşamı BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının ratifikasiya olunmasının 4-cü ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, aidiyyəti hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "dəyirmi masa"nı giriş sözü ilə açan nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin, onların maddi və mənəvi tələbatlarının ödənilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Qeyd olunub ki, ulu öndərimiz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu işlər Prezident İlham Əliyevin sosial müdafiə sisteminin inkişafını daim diqqətdə saxlaması nəticəsində ilbəil güclənir. Əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi beynəlxalq normalara uyğun xeyli təkmilləşdirilməklə, son illərdə 10-a yaxın yeni hüquqi normativ akt qəbul edilib, əlilliyi olan şəxslərin maddi təminatı daim gücləndirilib. Azərbaycan Respublikası BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasını 2 oktyabr 2008-ci ildə ratifikasiya edib. Eyni zamanda, ölkəmiz Əlillik üzrə Fəaliyyət Planı üzrə Avropa Əlaqələndirmə Forumu çərçivəsində Avropa Şurası ilə səmərəli tərəfdaşlıq münasibətləri qurub.

Tədbirdə Konvensiyadan irəli gələn ümumi öhdəliklərin yerinə yetirilməsi sahəsində mövcud vəziyyət, reallıqlar və qarşıda duran vəzifələr, müasir reabilitasiya modelləri və onun ölkəmizdə tətbiqi imkanları, reabilitasiya sahəsində xarici mütəxəssislərin iştirakı ilə aparılan qiymətləndirmə məsələləri geniş müzakirə edilib. Eyni zamanda, icra olunan təlim proqramları, əlilliyi olan şəxslərin səhiyyə xidmətlərinə çıxış imkanının təmin edilməsi istiqamətində görülən hüquqi tədbirlər, sosial infrastruktura çıxış istiqamətində mövcud maneələr və onun aradan qaldırılmasına dair texniki standartlar və təlimatların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti