...

Azərbaycan Turizm İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edib

Cəmiyyət Materials 3 Oktyabr 2012 10:53 (UTC +04:00)
İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, doktoranturaya 11 ixtisas üzrə qəbul aparılacaq.
Azərbaycan Turizm İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, doktoranturaya 11 ixtisas üzrə qəbul aparılacaq. 2012-ci il üçün qəbul planında fəlsəfə doktoru proqramı üzrə 12 yer ayrılıb. Dissertantura yolu ilə fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığının aparılması üçün 10 yer müəyyənləşdirilib.

Doktoranturaya və dissertanturaya qəbul olmaq istəyənlər oktyabrın 31-dək sənədlərini təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti