...

Azərbaycanda evsiz alimlər üçün yeni xəbər

Cəmiyyət Materials 3 Oktyabr 2012 12:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) evsiz alimlərin sayını müəyyənləşdirməyə başlayıb. Bunu çərşənbə günü Trend-ə AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov deyib.
Azərbaycanda evsiz alimlər üçün yeni xəbər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) evsiz alimlərin sayını müəyyənləşdirməyə başlayıb. Bunu çərşənbə günü Trend-ə AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov deyib.

Onun sözlərinə görə, siyahı müəyyənləşdirilərkən evsiz şəxsin elm sahəsi ilə aktiv məşğul olması əsas götürülür. Bununla yanaşı, onun elmi dərəcəsi, yaşı isə 40-dək olmalıdır. Akademiya sistemi ilə yanaşı, hansısa qurumda işləyən işçilər evsiz olsalar da, onlar bu siyahıya daxil edilməyəcəklər. Siyahıya yalnız AMEA sistemində çalışan şəxslər daxil ediləcəklər.

Orucov bunu həmin şəxslərin elmlə aktiv şəkildə məşğul ola bilməməsi ilə əlaqələndirib.

AMEA rəsmisi evsiz alimlərin siyahısının oktyabrın sonuna kimi hazır olacağını qeyd edib.

Orucov deyib ki, bu araşdırmanı yekunlaşdırdıqdan sonra müvafiq tədbirlərin görülməsi üçün ölkə rəhbərliyinə müraciət ediləcək.

Mərkəz rəhbəri xatırladıb ki, bir neçə il əvvəl sorğu ilə evsiz gənc alimlərin sayı müəyyənləşdirilib. Həmin vaxt onların sayı 160 nəfər olub. Ancaq artıq illər keçdiyi üçün evsiz gənc, eləcə də gənc olmayan alimlərin sayı dəyişib.

Xəbər lenti

Xəbər lenti